Türkiyəli mütəxəssislər Azərbaycanın xidmət sektorunda təlimlərə başlayıb

Türkiyəli mütəxəssislər Azərbaycanın xidmət sektorunda təlimlərə başlayıb Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xidmət sahəsində çalışan şəxslər üçün turizm sahəsi üzrə Türkiyədən olan ekspertlərin iştirakı ilə təlimlərə start verilib.
Turizm
12 Dekabr , 2023 16:35
Türkiyəli mütəxəssislər Azərbaycanın xidmət sektorunda təlimlərə başlayıb

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xidmət sahəsində çalışan şəxslər üçün turizm sahəsi üzrə Türkiyədən olan ekspertlərin iştirakı ilə təlimlərə start verilib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının birgə Fəaliyyət Proqramına əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin seçdiyi ekspert və təlimçilərin keçdiyi təlimlər 6 gün davam edəcək.

Təlimlər Bakı, Gəncə və Şuşa şəhərlərində qeydiyyat, qidalanma və təmizlik, o cümlədən idarəçilik bacarıqları üzrə 30 nəfərlik qruplara keçirilir.

Dövlət Turizm Agentliyinin regional turizm idarələrinin apardığı qiymətləndirmələr, o cümlədən Azərbaycan Hotel Assosiasiyasının tövsiyələri nəzərə alınmaqla təlimlərdə 105 nəfərin iştirakı nəzərdə tutulub.

Ötən il dekabrın 23-də Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının Bakıda keçirilmiş 2-ci iclasının nəticəsi olaraq ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, marketinq, kommunikasiya və turizm məhsulları, o cümlədən turizm təhsili və təlimi üzrə əməkdaşlığa dair qəbul olunan birgə Fəaliyyət Proqramının 8-ci maddəsinin 10-cu bəndinə əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Azərbaycanda turizm sahəsində xidmət sferasında çalışan şəxslər üçün təlimlərin təşkil olunması qərarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi