Türkiyədə turizm mövsümünün açılışı yubana bilər

Türkiyədə turizm mövsümünün açılışı yubana bilər Türkiyədə turizm mövsümünün açılışı COVİD-19 virusunun yayılması üzündən yubadıla bilər.
Turizm
476
2 Aprel , 2020 14:08
Türkiyədə turizm mövsümünün açılışı yubana bilər

"Türkiyədə turizm mövsümünün açılışı COVİD-19 virusunun yayılması üzündən yubadıla bilər".

“Report” AA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

O bildirib: “Bizim ehtimalımıza görə may ayının sonunadək yubanacaq, gedişat onu göstərir. İnşallah ramazan bayramında yenə turizmin hərəkətə gəlməsini görərik. Təbii ki, hərəkətlənmə daxili turizmdə başlayacaq”.

Xatırladaq ki, bu il ramazan bayramı mayın 24-25-nə təsadüf edir.

Nazir həmçinin turizm şirkətlərinin öz işçilərini qısa çalışma proqramına cəlb edə biləcəyini qeyd edib.

Qeyd edək ki, son məlumata görə Türkiyədə koronavirusa yoluxanlar 15.679 nəfər, ölənlər 277 nəfər, sağalanlar 333 nəfərdir.

Son xəbərlər

Orphus sistemi