Türkiyə yanvarın 1-dən etibarən turistlərə 1,5 avro məbləğində təhlükəsizlik vergisi tətbiq edə bilər

Türkiyə yanvarın 1-dən etibarən turistlərə 1,5 avro məbləğində təhlükəsizlik vergisi tətbiq edə bilər Bakı. 27 dekabr. REPORT.AZ/ 2019-cu il yanvarın 1-dən etibarən Türkiyənin turistlərə 1,5 avro məbləğində təhlükəsizlik vergisi tətbiq edəcəyi gözlənilir.
Turizm
27 Dekabr , 2018 17:58
Türkiyə yanvarın 1-dən etibarən turistlərə 1,5 avro məbləğində təhlükəsizlik vergisi tətbiq edə bilər

Bakı. 27 dekabr. REPORT.AZ/ 2019-cu il yanvarın 1-dən etibarən Türkiyənin turistlərə 1,5 avro məbləğində təhlükəsizlik vergisi tətbiq edəcəyi gözlənilir.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə hər bir turist üçün 3 avroluq vergi tətbiq edilməli idi. TURSAB turizm agentlikləri birliyi Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Hersoya vergini azaltmaq üçün müraciət edib. Nəqliyyat Nazirliyi və İnfrastruktur Nazirliyi ilə danışıqlar aparıldıqdan sonra verginin 3 avrodan 1,5 avroya endirilməsi barədə qərar verilib.

TURSAB-ın rəhbəri Firuz Balıkaya bildirib ki, oktyabr ayından etibarən 2019-cu il üçün tur paketlər yeni vergi nəzərə alınmadan üç ay ərzində satılıb: “Milyonlarla xarici turist bu tur paketləri satın alıb. Əgər bu xərc tur operatorlara tətbiq olunarsa, onlar milyonlarla avro ödəməlidirlər ".  

Son xəbərlər

Orphus sistemi