Türkiyə daxili uçuşlar üçün qiymətlərin yuxarı həddini qaldırıb

Türkiyə daxili uçuşlar üçün qiymətlərin yuxarı həddini qaldırıb Türkiyə rəsmiləri ölkədaxili aviabiletlərin maksimal qiymət həddini dəyişərək, bir tərəfə 3250 lirəyə (100 ABŞ dolları) qaldırıb.
Turizm
1 May , 2024 09:59
Türkiyə daxili uçuşlar üçün qiymətlərin yuxarı həddini qaldırıb

Türkiyə rəsmiləri ölkədaxili aviabiletlərin maksimal qiymət həddini dəyişərək, bir tərəfə 3 250 lirəyə (100 ABŞ dollara) qaldırıb.

“Report” Türkiyə KİV-lərinə xəbər verir ki, ölkədaxili aviabiletlərin qiymətlərinin yuxarı həddi sonuncu dəfə 2023-cü ilin avqustunda yenilənib. O zaman respublika rəhbərliyi belə biletlərin qiymətinin bir tərəfə 2 500 lirədən (həmin dövrdəki məzənnə ilə təxminən 92,5 ABŞ dolları) çox olmamasına dair göstəriş vermişdi.

“Mülki Aviasiya Baş İdarəsi ölkə daxilində bir tərəfə reyslər üçün yeni qiymət həddini 3 250 lirə müəyyən edib”, - məlumatda vurğulanıb.

Türkiyə aviaşirkəti “Turkish Airlines” artıq tarifləri bu tələblərə uyğun olaraq tənzimləyib. Xüsusilə, indi İstanbuldan Antalyaya təyyarə biletinin qiyməti azı 2 500 lirədir.

“Pegasus” aviaşirkəti də tariflərlə bağlı dəyişiklik edib. Bu aviaşirkətlə Antalyaya daxili reyslərə biletlər azı 2 500 lirəyə başa gəlir.

Son xəbərlər

Orphus sistemi