Türkiyə bu il Rusiyadan turist axınının artacağına ümid edir

Türkiyə bu il Rusiyadan turist axınının artacağına ümid edir Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə 2019-cu ildə ölkəyə gələn rusiyalı turistlərin sayının 6 milyon nəfəri ötəcəyinə ümid bəsləyir.
Turizm
24 Yanvar , 2019 04:36
Türkiyə bu il Rusiyadan turist axınının artacağına ümid edir

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə 2019-cu ildə ölkəyə gələn rusiyalı turistlərin sayının 6 milyon nəfəri ötəcəyinə ümid bəsləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putin ilə keçirilən birgə mətbuat konfransında deyib.

"Ruslar Türkiyəyə gələn turistlərin sayına görə birinci yerdə gedirlər. Ötən il onların sayı təqribən 6 milyona yaxın olub, bu il bu rəqəmi ötəcəklərinə ümid edirik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi