"Türk Hava Yolları" yeni kampaniya keçirir

"Türk Hava Yolları" yeni kampaniya keçirir İstanbuldan Bakı, Gəncə və Naxçıvana ikitərfli aviabiletin qiyməti 99 dollara endirilib
Turizm
14 Mart , 2016 13:00
Türk Hava Yolları yeni kampaniya keçirir

Bakı. 14 mart. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) aviaşirkətinin İstanbul şəhərindən Balkan yarımadasında Belqrad, Buxarest, Lyublyana, Podgoritsa, Priştina, Sarayevo, Sofiya, Tirana, Varna və Zaqrebə 109 ABŞ dollarından, Qafqaz regionunda Bakı, Gəncə, Naxçıvan, Tiflis və Batumiyə 109 dollardan, Ukraynada Dnepropetrovsk, Xerson, Kiyev, Lvov, Odessa və Zaporjyeyə 99 dollardan başlayan qiymətlərlə hər şey daxil olmaqla gediş-gəliş üçün yeni uçuş kampaniyasına başlayıb.

"Report" THY-ə istinadən bildirir ki, məhdud sayda yerlər üçün etibarlı olan güzəştdən istifadə etmək istəyən sərnişinlər uçuş biletlərini martın 14-dən 27-dək almalıdır, səyahətlər isə aprelin 1-dən mayın 31-dək keçirilməlidir.

Qiymət və ödənişlərlə maraqlananlar THY-nın rəsmi veb səhifəsi ilə yanaşı şirkətin bilet satış ofislərindən ətraflı məlumat əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi