Turizm Təlim və Sertifikasiya Mərkəzi 330 nəfərİ sertifikatla təltif edib

Turizm Təlim və Sertifikasiya Mərkəzi 330 nəfərİ sertifikatla təltif edib Dövlət Turizm Agentliyinin (DTA) Azərbaycan Turizm Bürosunun (ATB) nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin 16 təlimçisinə təşəkkürnamələr təqdim olunub.
Turizm
126
14 İyul , 2021 11:13
Turizm Təlim və Sertifikasiya Mərkəzi 330 nəfərİ sertifikatla təltif edib

Dövlət Turizm Agentliyinin (DTA) Azərbaycan Turizm Bürosunun (ATB) nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin 16 təlimçisinə təşəkkürnamələr təqdim olunub.

Bu barədə "Report"a ATB-dən məlumat verilib.

Təlimçilər komanda işi, yerli qastronomiyanın əsasları, turizm bələdçiləri üçün aktyorluq və təqdimat bacarıqları, rəqamsal marketinq, onlayn satış platformalarından səmərəli istifadə, ünsiyyət bacarıqları, mətbəx təhlükəsizliyi, hotellər üçün sosial media, satış və marketinqin əsasları, gəlirin idarə edilməsi, emosional zəka, liderlik bacarıqları və digər mövzular üzrə təlimləri tədris ediblər.

Təşəkkürnamələri DTA-nın sədri Fuad Nağıyev və ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid təqdim edib.

Turizm Təlim və Sertifikasiya Mərkəzinin məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi üçün ixtisaslaşmış kadrlar hazırlamaq, sənaye nümayəndələrini təlimə cəlb etməklə ölkədə turizm haqqında məlumatlılığı artırmaq, turizm sektorunda məşğulluğa töhfə və turizmin uzunmüddətli inkişafını təmin etməkdir.

Mərkəz iştirakçılara kurslarını bitirdikdən sonra təlimdə iştirak və ya praktiki bacarıqların inkişaf ilə bağlı sertifikatlar təqdim edir, eləcə də onların əmək bazarında rəqabətə uyğunlaşmasına imkan yaradır.

Turizm Təlim və Sertifikasiya Mərkəzi indiyə qədər 444 iştirakçıya 28 təlim keçirib və onlardan 330 nəfər sertifikatla təltif olunub.

Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Azərbaycan Hotel Assosiasiyası (AHA), Amerika Hotel və Yerləşdirmə üzrə Təhsil İnstitutu (AHLEI), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu” çıxış edir.

Son xəbərlər

Orphus sistemi