Turizm sənayesi nümayəndələrinə yeni layihələr təqdim olunub

Turizm sənayesi nümayəndələrinə yeni layihələr təqdim olunub Sentyabrın 17-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ölkənin turizm sənayesi nümayəndələri ilə virtual görüş keçiriblər
Turizm
17 Sentyabr , 2020 16:34
Turizm sənayesi nümayəndələrinə yeni layihələr təqdim olunub

Sentyabrın 17-də Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən ölkənin turizm sənayesi nümayəndələrinin yeni kampaniyalar və proqramlar haqqında məlumatlandırılması məqsədilə virtual görüş keçirilib.

Bu barədə “Report” DTA-ya istinadən xəbər verir.

70-ə yaxın turizm nümayəndəsinin qatıldığı onlayn görüşdə iştirak edən ATB-in Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov iştirakçılara Büronun pandemiya dövründə turizmin bərpası üçün hazırladığı yeni layihələr və keçirilən virtual tədbirlər haqda danışıb.

B.Əsgərov təqdim olunan bu layihələrin turizm sənayesinin bərpa edilməsinə dəstək olacağını, eyni zamanda müxtəlif turizm məhsullarının tanıdılması üçün yeni imkanlar açacağını deyib.

Görüş çərçivəsində iştirakçılara gəlmə turizmi ilə məşğul olan şirkətlərin post-pandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədini daşıyan yeni rəqəmsallaşdırma layihəsi haqda geniş məlumat verilib.

Virtual toplantıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə keçirilən layihədə iştirak etmək qaydaları və müraciət edənlər üçün meyarlar açıqlanıb.

Görüş çərçivəsində “Macəra yaxındadır” kampaniyası və oktyabrın 14-də keçiriləcək “Travel Business Azerbaijan Online 2020” tədbiri haqda da geniş məlumat verilib.

Göstərilən təqdimatda platformadan istifadə qaydalarından, tədbirə qatılmağın iştirakçılara qazandıracağı üstünlüklərdən, sponsorluq paketlərindən və digər məsələlərdən danışılıb və iştirakçıların ünvanladıqları suallar cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun təqdim etdiyi layihəyə qeydiyyat və layihələrin qəbulu sentyabrın 25-dək keçərlidir.

Son xəbərlər

Orphus sistemi