“Turizm haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

“Turizm haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub Nazirlik rəsmisi: "Qanun layihəsində bəzi məsələlər yarımçıq qeyd edilib"
Turizm
4 Aprel , 2017 17:41
“Turizm haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

Bakı. 4 aprel. REPORT.AZ/ “Turizm sahəsində qiymətlərin aşağı, xidmətin keyfiyyətinin yüksək olmasını istəyiriksə, hotellərin sayını artırmağımız lazımdır”.

“Report” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, qanun layihəsində bəzi məsələlər yarımçıq qeyd olunub: “Turizm sahəsində həm ali, həm də peşə səviyyəsində olan mütəxəssislərə ehtiyac var: "Dövlət başçısının sərəncamı ilə bəzi sahələr üzrə sahibkarlar üçün lisenziya ləğv edilib. “Lisenziyanın ləğv olunduğu vaxtdan, yəni 2015-ci ilin noyabrından indiyə kimi bizə yüzlərlə müraciət daxil olub. Şirkətlər açılır, lakin onların nə otaqları, nə də ofisləri var. Evində telefonla işləyir, biletin sifarişini edir, pulunu vermir. Bunların hamısının qarşısını almaq üçün tənzimləmə mexanizmi olmalıdır. Lisenziyanın ləğv olunması turizm sahəsinə nəzarət etmək səlahiyyətinin Mədəniyyət və Turizm Nazirliyinin əlindən alınması demək deyil. Bu sahəyə nəzarət lazımdır. Bu, həm xidmətin keyfiyyətinə təsir göstərər, həm də sənayeni formalaşdırar”.

Qeyd edək ki, müzakirələrin sonunda “Turizm haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi