Təl-Əvivdə “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi keçirilir

Təl-Əvivdə “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi keçirilir Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İsrailin paytaxtı Təl-Əvivdəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı baş tutub.
Turizm
8 İyun , 2023 12:47
Təl-Əvivdə “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi keçirilir

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İsrailin paytaxtı Təl-Əvivdəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı baş tutub.

"Report" agentliyə istinadən xəbər verir ki, sərgidə İsrailin tanınmış fotoqraflarından olan Viktor Zislinin bələdçiliyi ilə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub.

Azərbaycana səfərlər zamanı çəkilmiş fotolar arasından seçilən 20 ən uğurlu foto Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir.

Tədbir çərçivəsində Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək, təəssüratları bölüşüblər.

“Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi 8-29 iyun tarixlərində Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhəridə, “Herbert Samuel 10” ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açılacaq.

Son xəbərlər

Orphus sistemi