Təbriz-İstanbul aviareysi bərpa olunur

Təbriz-İstanbul aviareysi bərpa olunur Uçuşlar koronavirusa qarşı tədbirlər çərçivəsində bu ilin mart ayından dayandırılmışdı
Turizm
489
8 İyul , 2020 14:19
Təbriz-İstanbul aviareysi bərpa olunur

İyulun 13-dən İranın Təbriz şəhərindən Türkiyənin İstanbul şəhərinə uçuşlar bərpa olunur.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan ostanının Hava limanları üzrə baş direktoru Ramin Azəri bildirib.

Onun sözlərinə görə, aviareyslər Təbrizin Şəhid Mədəni aeroportundan həyata keçiriləcək. 

“İstanbul-Təbriz-İstanbul istiqamətində uçuşları hər həftənin bazar ertəsi günləri “Airtour” şirkəti reallaşdıracaq”,- o vurğulayıb.

Xatırladaq ki, Təbriz-İstanbul istiqamətində uçuşlar koronavirusa qarşı tədbirlər çərçivəsində bu ilin mart ayından dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi