Tbilisidə “Azerbaijan. Travel showroom” açılacaq

Tbilisidə “Azerbaijan. Travel showroom” açılacaq Azərbaycan Turizm Bürosu (ATB) Gürcüstanın paytaxtı Tbilisidə “Azerbaijan. Travel showroom” açacaq.
Turizm
26 Sentyabr , 2019 15:31
Tbilisidə “Azerbaijan. Travel showroom” açılacaq

Azərbaycan Turizm Bürosu (ATB) Gürcüstanın paytaxtı Tbilisidə “Azerbaijan. Travel showroom” açacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, məkanın rəsmi açılış mərasimi oktyabrın 4-də keçiriləcək.

“Azerbaijan. Travel Showroom” Tbilisinin mərkəzi Rustaveli prospekti 16 ünvanında yerləşir. 

Məkanda Azərbaycanın Gürcüstandakı tərəfdaş turizm şirkətlərinin nümayəndələri fəaliyyət göstərəcək, Gürcüstan vətəndaşları və ölkəyə səfər edən əcnəbi ziyarətçilərə Azərbaycanın turizm potensialı barədə məlumatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi