Azərbaycanda turizm haqqında yeni qanun hazırlanır və Milli Məclisdə bunun üzərində ciddi şəkildə işlər gedir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hotellərə ulduz sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.
T.Mirkişili pandemiyanın sektora ciddi ziyan vurduğunu qeyd edib:
"Pandemiyadan öncə turizm sektorunun ÜDM-də payı 2,9 %-ə bərabər olmuşdu. Bu sahədə çalışanların sayı 25 min nəfərə bərabər olub. Biz istəyirdik ki, turizmin ÜDM-də payını 5 %-ə, bu sahədə işləyənlərin sayını isə 50 min nəfərə çatdıraq. Amma pandemiya buna imkan vermədi. Dünyada ikinci bir sahə yoxdur ki, pandemiya onun ÜDM-də payını 3 dəfədən çox aşağı salsın".