Son 2 ildə Gürcüstanda ən qənaətcil turistlər Azərbaycan vətəndaşları olub

Son 2 ildə Gürcüstanda ən qənaətcil turistlər Azərbaycan vətəndaşları olub Tbilisi. 27 fevral. REPORT.AZ/ Ötən il Gürcüstana səfər edən əcnəbi ziyarətçilər arasında ən az pul xərcləyənlər Azərbaycan vətəndaşları olub.
Turizm
27 Fevral , 2019 14:37
Son 2 ildə Gürcüstanda ən qənaətcil turistlər Azərbaycan vətəndaşları olub
0 : 00
0 : 00

Tbilisi. 27 fevral. REPORT.AZ/ Ötən il Gürcüstana səfər edən əcnəbi ziyarətçilər arasında ən az pul xərcləyənlər Azərbaycan vətəndaşları olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının illik araşdırmasında bildirilir.

Sənədə əsasən, Azərbaycandan olan turistlər qonşu ökədə orta hesabla 385 lari (143 dollar) xərcləyiblər. İllik müqayisədə xərclərdə 20 lari azalmanın qeydə alınmasına baxmayaraq, azərbaycanlı turistlər 2017-ci ildə olduğu kimi Gürcüstanda ən qənaətcil əcnəbilər adını qoruyub saxlayıb.

2018-ci ildə Gürcüstanda rusiyalı turistlər ən çox pul xərcləyiblər (1 326 lari / 492 dollar). Türkiyə və Ermənistandan olan turistlərin xərcləri isə müvafiq olaraq 923 lari (343 dollar) və 640 lari (237 dollar) olub.

Hesabat dövründə Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi xərcləri 7,9 mlrd. lari (3 mlrd. dollara yaxın) təşkil edib. Ziyarətçilər bir səfər ərzində orta hesabla 1 099 lari (408 dollar) xərcləyiblər. Xərclərin 28,6%-i qida və içkilər, 23,4%-i yerləşmə, 18,1%-i mədəni və əyləncə xidmətləri, 13,6%-i alış-veriş, 7,1%-i yerli nəqliyyata, 9,2%-i isə digər xidmətlərə sərf olunub.

Ötən il Azərbaycandan Gürcüstana səfər edənlərin 95,6%-i bu ölkəyə təkrar, 4,4%-i isə ilk dəfə səfər edib. Azərbaycanlı turistlərin gecələmə sayı orta hesabla 2,5 gün təşkil edib.

Gürcüstana səfər edən turistlər arasında ən populyar istiqamətlər Tbilisi (57%) və Batumi şəhərləri (51%) olub.

Qeyd edək ki, ötən il Gürcüstana Azərbaycandan 1 424 610 nəfər səfər edib ki, bu da illik müqayisədə 9,5% çoxdur. 

Son xəbərlər

Orphus sistemi