Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” aviaşirkəti Azərbaycana uçuşları bərpa edir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Şarja ilə Bakı arasında birbaşa aviaresylər iyulun 11-də bərpa edilir.
Artq bu istiqamətdə biletlər satışa çıxarılıb.
Qeyd edək ki, hazırda “Fly Dubai” aviaşirkəti Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirir.
Həftədə 5 dəfə bazar ertəsi və çərşənbə günləri istisna olmaqla digər günlər həyata keçirilir. Gediş haqqı “ekonom klass”da gediş-gəliş daxil olmaqla təqribi 690-750 manatdan başlayır, “biznes-klass” da isə gediş-gəliş təqribən 4 700 manatdan başlayır.
Bakıdan Dubaya həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) həftənin bazar ertəsi, çərşənbə və cümə günləri aviareyslər yerinə yetirir. “Ekonom klass”da gediş-gəliş daxil olmaqla 695 manatdan başlayaraq biletlərin satışı həyata keçirilir.