Sankt-Peterburqun turizm mütəxəssisləri Azərbaycana səfər edəcəklər

Sankt-Peterburqun turizm mütəxəssisləri Azərbaycana səfər edəcəklər Avqustun 30-da Rusiyanın Sankt-Peterburq şəhərinin turizmin inkişafı üzrə komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər.
Turizm
11 Avqust , 2022 11:21
Sankt-Peterburqun turizm mütəxəssisləri Azərbaycana səfər edəcəklər

Avqustun 30-da Rusiyanın Sankt-Peterburq şəhərinin turizmin inkişafı üzrə komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səfərin məqsədi ölkənin Şimal paytaxtını tanıtmaq və onun turizm potensialını təqdim etməkdir.

Xatırladaq ki, iyulun sonunda komitə qonaqpərvərlik sənayesinin ən yaxşı nümayəndələrini “Sankt-Peterburqa xoş gəlmisiniz!” rod-şousunun keçirilməsi üçün Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərinə göndərib. Qurum bəyan edib ki, hotel operatorları, muzeylər və agentliklər öz məhsullarını birbaşa təqdim etmək və daha tez yeni müştərilər əldə etmək imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi