Şahdağ Turizm Mərkəzi tender keçirir

Şahdağ Turizm Mərkəzi tender keçirir Cəmiyyət cari təmir üçün mal-materiallar almaq istəyir
Turizm
2 Sentyabr , 2017 15:39
Şahdağ Turizm Mərkəzi tender keçirir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC cari təmir üçün mal-materialların satın alınması məqsədi ilə açıq tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 25-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 2-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanındakı ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır (tel: (012) 465 09 45).

Təkliflərə oktyabrın 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi