Sabahdan hotellərə hər iki doza vaksini olmayan müştərilər buraxılmayacaq

Sabahdan hotellərə hər iki doza vaksini olmayan müştərilər buraxılmayacaq Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər otellərə buraxılmayacaq.
Turizm
31 Avqust , 2021 16:22
Sabahdan hotellərə hər iki doza vaksini olmayan müştərilər buraxılmayacaq
0 : 00
0 : 00

Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər hotellərə buraxılmayacaq.

Bu barədə “Report”a turizm sektorunun nümayəndələri məlumat verib.

Bildirilir ki, hotellərə tapşırılıb ki, bununla bağlı tələblərə əməl edilsin. Əgər əvvəldən rezervasiya etmiş müştərilər varsa, onlara sentyabrın 6-dək hotelin xidmətlərindən istifadə etmək üçün vaxt müəyyən edilib. Bu tarixdən sonra isə bütün müştərilər yalnız hər iki doza vaksin vurdurması ilə bağlı müvafiq sənədi təqdim etməlidir.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) yaxın saatlarda açıqlama yayacağı gözlənilir.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a deyib ki, Nazirlər Kabinetinin son qərarına görə, COVID-19 pasportu olan müştərilər hotellərə buraxılacaq.

Son xəbərlər

Orphus sistemi