Rusiya Turoperatorlar Assosiasiyası Bakının 10 ən görməli yerini açıqlayıb

Rusiya Turoperatorlar Assosiasiyası Bakının 10 ən görməli yerini açıqlayıb "Son illərdə Azərbaycanın paytaxtı bayram və həftə sonu səyahətləri üçün ən populyar istiqamətlər siyahısında yer alır"
Turizm
16 May , 2016 15:17
Rusiya Turoperatorlar Assosiasiyası Bakının 10 ən görməli yerini açıqlayıb

Bakı. 16 may. REPORT.AZ/ Rusiya Turoperatorlar Assosiasiyası Bakıya səfər edənlər üçün tövsiyə məqsədilə paytaxtımızın 10 ən görməli yerinin adlarını açıqlayıb.

"Report" assosiasiyasının saytına istinadən xəbər verir ki, mənbə son illərdə Azərbaycan paytaxtının bayram və həftə sonu səyahətləri üçün ən populyar istiqamətlər siyahısında yer aldığını qeyd edib.

Siyahıya Zaha Hadidin memarlıq işi olan Heydər Əliyev Mərkəzi başçılıq edir. Saytda bu tikili son dövrlərin ən parlaq binası kimi qələmə verilib. Tövsiyə edilən görməli yerlər siyahısında ikinci yerdə "Flame Towers" yer alıb.

"Heydər Əliyev Mərkəzinin qarşısındakı meydandan şəhərin gerbində öz əksini tapan alov dili şəklində üç şüşə göydələn nəzərə çarpır. Onlar gecə xüsusilə təsirli görünür. Göydələnlər gah parıldayır, gah da müxtəlif rənglərə boyanaraq LED-təbəqədə alov oyununu əks etdirir", - deyə Rusiya Turoperatorlar Assosiasiyasının saytında yazılıb.

Bakıda görülməsi tövsiyə edilən yerlər siyahısına həmçinin Dağüstü park, Dənizkənarı Milli Park, "Baku Crystal Hall", Azərbaycan Dövlət Xalça Muzeyi, İçərişəhər, Qız qalası, İstiqlaliyyət küçəsi, Atəşgah kompleksi və Qobustan daxil edilib.

Son xəbərlər

Orphus sistemi