Rusiya Azərbaycandan Şimali Qafqaza turist axınını artırmağı planlaşdırır

Rusiya Azərbaycandan Şimali Qafqaza turist axınını artırmağı planlaşdırır Bu, 2030-cu ilədək nəzərdə tutulub
Turizm
7 Fevral , 2017 07:58
Rusiya Azərbaycandan Şimali Qafqaza turist axınını artırmağı planlaşdırır

Bakı. 7 fevral. REPORT.AZ/ Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Lev Kuznetsov 10 ildən sonra regiona turist axınını üç dəfədən çox artıracaqlarına ümid etdiyini bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, jurnalistlərə Şimali Qafqazda turizmin inkişaf planları barədə BƏƏ-yə səfəri zamanı danışıb.

"Bununla bağlı bizim planlarımız var, biz yaxın gələcəkdə – 2020-2025-ci illərədək regiona beş milyona yaxın, on ildən sonra isə – 2030-cu ilədək 10 milyona qədər turist cəlb etmək istəyirik. Məqsədimiz hər şeydən əvvəl, Azərbaycan, Gürcüstan, İran kimi dövlətlərdən və Avropa İttifaqı ölkələrindən turist cəlb etməkdir", — deyə Kuznetsov bildirib.

Onun sözlərinə görə, hazırda regiona hər il 3 milyona yaxın turist gəlir.

Son xəbərlər

Orphus sistemi