Rusiya aviaşirkətlərinin müştəriləri mayda 91% azalıb

Rusiya aviaşirkətlərinin müştəriləri mayda 91% azalıb Bu ilin may ayında Rusiya aviaşirkətlərinin xidmətindən 949 min nəfər istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,3% azdır.
Turizm
29 İyun , 2020 11:00
Rusiya aviaşirkətlərinin müştəriləri mayda 91% azalıb

Bu ilin may ayında Rusiya aviaşirkətlərinin xidmətindən 949 min nəfər istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,3% azdır. 

"Report" RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin aviasiya qurumunun açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, beynəlxalq reyslər üzrə sərnişinlərin sayı 99,5% azalaraq 26 min nəfər, daxili reyslər üzrə sərnişinlərin sayı isə 84,5% azalaraq 923 min nəfər olub.

Yanvar-may aylarında isə Rusiya aviaşirkətlərinin müştərilərinin sayı illik müqayisədə 44,6% azalıb. 

Son xəbərlər

Orphus sistemi