Rəşad Nəbiyev: "Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır"

Rəşad Nəbiyev: "Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır" Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır.
Turizm
22 İyul , 2024 19:55
Rəşad Nəbiyev: Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır

Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir Ərəb Respublikasının Milli Gününün 72-ci ildönümü ilə bağlı tədbirdə bildirib.

Nazir qeyd edib ki, hazırda "Azərbaycan Hava Yolları" (AZAL) Bakı ilə Şarm Əl-Şeyx arasında uçuşlar həyata keçirir: "Nəzərə alsaq ki, Misirə səyahət edən azərbaycanlıların sayı təxminən 3 dəfə artıb, birbaşa uçuşlar bu rəqəmləri daha da artıra bilər".

R.Nəbiyev bildirib ki, bu ilin sonunadək iki ölkə arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının keçiriləcəyi planlaşdırılır: "Azərbaycanla Misir arasında münasibətlər inkişaf edir. Bu il münasibətlərin 32 ildönümüdür. İndiyənədək ölkələr arasında 49 sənəd imzalanıb. 2024-cü ilin 6 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb".

Son xəbərlər

Orphus sistemi