Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 15% artıb

Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 15% artıb Azərbaycanlı diplomat: "Ərəb və iranlı turistlərin Azərbaycandan Qazaxıstana yönləndirilməsi ideyasına baxılır"
Turizm
148
23 Mart , 2017 12:55
Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 15% artıb

Bakı. 23 mart. REPORT.AZ/ “Təkcə 2016-ci ildə Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 15% artıb”.

“Report”un xəbərinə görə, bunu bnews.kz-na müsahibəsində Azərbaycanın Qazaxıstandakı fövqəladə və saləhiyyətli səfiri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan turizmin inkişafında, eləcə də müxtəlif ölkələrlə, həmçinin Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “İlk növbədə Astananın istəyi bizim təcrübəni öyrənmək və qarşılıqlı fayda əldə etməkdir. Eyni zamanda ərəb və iranlı turistlərin Azərbaycandan Qazaxıstana yönləndirilməsi ideyasına baxılır. Beynəlxalq praktikada turist mübadiləsi deyilən anlayış mövcuddur. Bu hamıya, həm turistləri göndərənlərə, həm də qəbul edənlərə maraqlıdır. Çünki tərəflər əlavə gəlir əldə edir. Ölkələrimiz bu il Qazaxıstanda keçiriləcək “EXPO-2017”, Azərbaycanda isə “Formula 1”, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq çox sayda turist qəbul edəcək”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, hazırda aktiv danışıqlar prosesi gedir: "Bir neçə gün bundan əvvəl nəqliyyat və aviasiya məsələlərinə nəzarət edən investisiya və inkişaf naziri ilə görüşdük. Burada Qazaxıstanın müxtəlif şəhərlərindən Azərbaycana aviareyslərin sayının artırılması, eləcə də kommersiya təşkilatları tərəfindən çarter reyslərin yaradılmasının mümkünlüyü məsələləri qaldırıldı. Eyni zamanda iki ölkə arasında viza sisteminin mövcud olmaması böyük üstünlükdür”. 

Son xəbərlər

Orphus sistemi