Qazaxıstanda keçiriləcək “EXPO 2017” sərgisində “Azərbaycan 50 ildən sonra necə olacaq?” adlı pavilyon olacaq

Qazaxıstanda keçiriləcək “EXPO 2017” sərgisində “Azərbaycan 50 ildən sonra necə olacaq?” adlı pavilyon olacaq Azərbaycan bu sərgini dəstəkləyən ilk ölkələrdən biridir
Turizm
109
21 Sentyabr , 2016 10:23
Qazaxıstanda keçiriləcək “EXPO 2017” sərgisində “Azərbaycan 50 ildən sonra necə olacaq?” adlı pavilyon olacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/  Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” sərgisində “Azərbaycan 50 ildən sonra necə olacaq?” adlı pavilyon qurulub. 

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşən “Astana-EXPO”nun rəhbəri Ahmetjan Esimov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sərgini dəstəkləyən ilk ölkələrdən biridir.

Natiq Əliyev isə öz növbəsində dəvətə görə Qazaxıstan tərəfinə minnətdarlıq edib: “Bu sərginin təşkilatçılığı və miqyası bizi heyran etdi. Azərbaycana gəldikdə isə bu sərgiyə dəvət almağımızdan şərəf duyuruq. Bizim prezident bu təklifə dərhal müsbət cavab verdi”.

Qeyd edək ki, sərgidə 103 ölkə, 17 beynəlxalq təşkilat iştirakını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi