Puket COVID-19-a qarşı peyvənd olunmuş şəxslərə öz qapılarını açıb

Puket COVID-19-a qarşı peyvənd olunmuş şəxslərə öz qapılarını açıb Phuket adası peyvənd olunmuş əcnəbilər və Tailand vətəndaşları üçün rəsmən açılıb. Bununla da o, krallığın karantin olmadan xarici turistləri qəbul etməyə başlayan ilk ərazisi olub. “Report” TASS-a istinadən xəbər verir ki, nəzarət-buraxılış məntəqəsini v
Turizm
1 İyul , 2021 18:16
Puket COVID-19-a qarşı peyvənd olunmuş şəxslərə öz qapılarını açıb

Puket adası peyvənd olunmuş əcnəbilər və Tailand vətəndaşları üçün rəsmən açılıb. Bununla da o, krallığın karantin olmadan xarici turistləri qəbul etməyə başlayan ilk ərazisi olub.

Report” TASS-a istinadən xəbər verir ki, nəzarət-buraxılış məntəqəsini və hava limanını nəzərdən keçirmək və ilk turistləri salamlamaq üçün ölkənin baş naziri Prayut Çan-Oça eyniadlı vilayətə səfər edib.

Qərara əsasən ölkənin digər vilayətlərinə səfər etmək istəyən turistlər ən azı 14 gün kurortun ərazisində qalmalıdırlar. Bu müddət 2 həftədən az olarsa, səyahətçinin geri gönüş bileti olmalıdır. Bundan başqa, əcnəbilər və Tailand vətəndaşları infeksiyanın olub-olmadığını yoxlamaq üçün 3 test verməlidirlər ki, onların da ödənişi əvvəlcədən edilməlidir.

Krallığın Səhiyyə Nazirliyi bu gün üçün gündəlik yoluxma sayının 5500 olduğunu açıqlayıb. Onlardan yalnız yeddisi Puketdə qeydə alınıb. Ümumilikdə, pandemiya başlayandan indiyədək krallıqda 264,8 min nəfər koronavirusa yoluxub. Onlardan 210,7 min nəfəri sağalıb, 2 min nəfəri isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi