Polşa laynerlərdə sərnişin sayına qoyulan məhdudiyyətləri ləğv edir

Polşa laynerlərdə sərnişin sayına qoyulan məhdudiyyətləri ləğv edir Polşa iyulun 1-dən etibarən turistləri daşıyan təyyarələrdə, habelə kruiz gəmilərində sərnişin sayına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
Turizm
117
22 İyun , 2020 12:40
Polşa laynerlərdə sərnişin sayına qoyulan məhdudiyyətləri ləğv edir

Polşa iyulun 1-dən etibarən turistləri daşıyan təyyarələrdə, habelə kruiz gəmilərində sərnişin sayına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

“Report” “Polşa radiosu”na istinadən verdiyi xəbərə görə, bunu Polşanın Baş nazirinin müavini və İnkişaf naziri Yadviqa Emileviç söyləyib.

O, məhdudiyyətlərin aradan qaldırılmasının turizm və aviasiya sektorları üçün çox yaxşı xəbər olduğunu vurğulayıb.

Qeyd edək ki, mövcud məhdudiyyətlərə görə, laynerlərdə oturacaqların yalnız 50%-i doldurula bilər.

Əlavə edək ki, Polşanın LOT aviaşirkəti iyunun əvvəlindən bir neçə şəhərə daxili reysləri bərpa edib. İyulun 1-dən isə aviaşirkət Avropa reyslərini bərpa edəcək.

Son xəbərlər

Orphus sistemi