Peruda beynəlxalq turizm konfransı keçiriləcək

Peruda beynəlxalq turizm konfransı keçiriləcək Tədbirdə iştirak etmək istəyən Azərbaycan iş adamları Kolumbiya səfirliyində qeydiyyatdan keçə bilərlər
Turizm
11 Sentyabr , 2015 18:11
Peruda beynəlxalq turizm konfransı keçiriləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-29-da Limada (Peru) Cənubi Amerika mehmanxanalar və turizm investisiya konfransı keçiriləcək.

Kolumbiyanın Azərbaycandakı səfiri Xose Asad Penyanın “Report”a verdiyi məlumata görə, bu tədbir Latın Amerikası ölkələrinin hotellər və mehmanxanalar üzrə ən vacib forumlarından biridir. Dəvət Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna da göndərilib.

Səfir qeyd edib ki, növbəti həftədən foruma kimlərin getdiyi dəqiq bilinəcək və bir neçə şirkətin qeydiyyatdan keçməsi gözlənilir: “Bu tədbir biznes əlaqələrinin genişləndirilməsi və yeni əlaqələrin qurulması üçün təşkil olunur”.

Qeyd edək ki, forumda iştirak etmək istəyən Azərbaycan iş adamları Kolumbiya səfirliyində qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi