Parisdə EXPO-2025 üçün Bakının namizədliyinin təqdimatı keçirilib

Parisdə EXPO-2025 üçün Bakının namizədliyinin təqdimatı keçirilib Bakı. 23 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında EXPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhərin seçilməsinə başlanıb.
Turizm
23 Noyabr , 2018 15:49
Parisdə EXPO-2025 üçün Bakının namizədliyinin təqdimatı keçirilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında EXPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhərin seçilməsinə başlanıb.

“Report” xəbər verir ki, namizədlər arasında Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) şəhərləri var.

Hazırda şəhərlərin namizədliyinin təqdimatı keçirilir. İlk təqdimat Bakı üçün edilib.

Qeyd edək ki, Bakı və Yekaterinburqdan fərqli olaraq Osaka 1970-ci ildə bu sərgini qəbul edib. Yaponiyada sonuncu Ümumdünya Sərgisi isə 2005-ci ildə Naqoe şəhərində keçirilib.

EXPO 170-dən çox ölkənin iştirakı ilə keçirilən ən böyük beynəlxalq sərgidir. Bu ölkələr hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsində əldə etdikləri ən yaxşı nailiyyətlərini nümayiş etdirirlər. 

Bundan əvvəl Parisdə Bakının “EXPO-2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpozium keçirilib. 

“EXPO-2025 Bakı” ümumdünya sərgisi iki yeni ünsürün təklif edildiyi innovativ və rəqabət qabiliyyətli layihədir: indiyədək tədqiq edilməmiş (və keçirilmiş EKSPO sərgilərində müraciət edilməmiş) ümumbəşəri insan kapitalı mövzusu və ümümdünya EXPO sərgiləri üçün alternativ məkan.

Son xəbərlər

Orphus sistemi