Ötən il Azərbaycandan Antalyaya gedən turistlərin sayı 13% artıb

Ötən il Azərbaycandan Antalyaya gedən turistlərin sayı 13% artıb Ən çox isə 3,796 mln. nəfərlə Rusiyadan gələnlər təşkil edib
Turizm
6 Yanvar , 2018 15:08
Ötən il Azərbaycandan Antalyaya gedən turistlərin sayı 13% artıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycandan 51 min nəfər turist Türkiyənin Antalya şəhərinə səfər edib.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Antalya valisi Münir Karaloğlu bildirib.

Onun sözlərinə görə, Antalyaya gedən Azərbaycan turistlərinin sayı 2016-cı illə müqayisədə 13% artıb: "Ötən il Antalyaya hava limanları ilə 184 ölkədən səfər edən turistlərin sayı, ümumilikdə, 10 mln. 486 min 191 nəfər olub. Bu isə 2016-cı ildən 57% artıqdır. Ən çox isə 3,796 mln. nəfərlə Rusiyadan gələnlər təşkil edib”. 

Son xəbərlər

Orphus sistemi