Nazir müavini: "Qarabağda və Şərqi Zəngəzurda 705 abidə dövlət qeydiyyatına alınıb"

Nazir müavini: "Qarabağda və Şərqi Zəngəzurda 705 abidə dövlət qeydiyyatına alınıb" Qarabağda və Şərqi Zəngəzurda 705 tarixi və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Turizm
23 May , 2024 11:17
Nazir müavini: Qarabağda və Şərqi Zəngəzurda 705 abidə dövlət qeydiyyatına alınıb

Qarabağda və Şərqi Zəngəzurda 705 tarixi və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasnının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.

"Bu prosesə yerli və xarici mütəxəssislər cəlb edilib. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı abidələr, müqəddəs məkanlar bərpa edilərək əsl sahiblərinin üzünə açılır. Heydər Əliyev Fondunun xətti ilə Şuşada, Ağdamda, Zəngilanda bir sıra abidələr bərpa edilib. Mədəniyyət Nazirliyinin xətti ilə Ağdamda Pənahəli xanın imarət kompleksinin bərpası yekunlaşıb", - deyə o qeyd edib.

S.Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini, aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində ölkənin qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi mədəniyyət nümunələrinin aşkar edildiyini, bu nümunələrin qorunduğunu deyib.

Son xəbərlər

Orphus sistemi