Nazir: “Azərbaycan Bolqarıstan üçün vacib strateji tərəfdaşdır"

Nazir: “Azərbaycan Bolqarıstan üçün vacib strateji tərəfdaşdır" “Azərbaycan Bolqarıstan üçün vacib strateji tərəfdaşdır. Bu ölkə ilə gələcək birgə əməkdaşlığa böyük ümidlər bəsləyirəm”.
Turizm
3 Fevral , 2022 11:33
Nazir: “Azərbaycan Bolqarıstan üçün vacib strateji tərəfdaşdır

“Azərbaycan Bolqarıstan üçün vacib strateji tərəfdaşdır. Bu ölkə ilə gələcək birgə əməkdaşlığa böyük ümidlər bəsləyirəm”.

“Report” Bolqarıstanın Turizm Nazirliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstanın turizm naziri Xristo Prodanov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Hüseynov ilə görüşü zamanı bildirib.

Nazir Azərbaycanın Bolqarıstan üçün perspektivli turizm bazarı olduğunu və azərbaycanlı turistlərin bir çox hallarda ailəvi istirahət üçün Bolqarıstana üstünlük verdiklərini əlavə edib. “COVID-19 pandemiyası öz mənfi təsiri göstərmiş oldu, lakin turizm sahəsini inkişaf etdirmək üzərində işləməkdə davam etməliyik”, - o deyib.

Görüş zamanı hər iki ölkədə aparılan peyvəndlərə prosesi müzakirə edilib, pandemiya səbəbindən dayandırılmış Bakı-Sofiya-Bakı aviareyslərinin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi