Noyabrda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz yaşayan və qeydiyyatsız olan 26 əcnəbi aşkarlanaraq qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Bu barədə “Report” Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 668 müraciət edilib. Onlardan 370-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 298 müraciət qeydə alınaraq icrası təmin olunub, müraciətlərdən 96-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.