Azərbaycanın qastroturizm potensialı Rusiyada nümayiş etdirilir

Azərbaycanın qastroturizm potensialı Rusiyada nümayiş etdirilir Azərbaycan Moskvada keçirilən 27-ci Beynəlxalq qida sərgisində qastroturizm imkanlarını nümayiş etdirir.
Turizm
11 Fevral , 2020 16:22
Azərbaycanın qastroturizm potensialı Rusiyada nümayiş etdirilir
Report

Azərbaycan Moskvada keçirilən 27-ci Beynəlxalq qida sərgisində qastroturizm imkanlarını nümayiş etdirir.

Dörd gün davam edəcək sərgidə Azərbaycanın etnik mətbəxi də nümayiş olunmaqdadır.

Bu barədə Azərbaycan Dövlət Turizim Agentliyinin nümayəndəsi Səkinə Əsgərova "Report"un Rusiya bürosuna açıqlamasında bildirib.

“Dörd gün davam edəcək sərginin hər günü Azərbaycan milli mətbəxinin nümunələri sərgi iştirakçılarına təqdim olunacaq. Birinci gün cənub mətbəxinin təamlarından dadan sərgi iştirakçılarına bu gün dolmanın müxtəlif növləri nümayiş olundu. Sabah isə xəmir xörəklərimiz, sonuncu gün isə şirniyyatlarımız təqdim olunacaq”, - S.Əskərova bildirib.

Dövlət Turizm Agentliyinin nümayəndəsinin bildirdiyinə görə dünyada turizmin bir hissəsi qastroturizmin üzərində qurulur: “Əgər ölkəmizi təbliğ etmək istəyiriksə, bunu milli mətbəx üzərindən təqdim etməliyik, Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Çünki insan tox olanda daha yaxşı qavrayır və Azərbaycan milli mətbəxinin təamını unutmur. Bu gün dünyada qastroturizm inkişaf etməkdədir. Bu sahədə Azərbaycanın geniş imkanları var. Və biz də bundan istifadə etməkdəyik”.

Qeyd edək ki, Moskvada keçirilən 27-ci Beynəlxalq qida sərgisində Azərbaycan tərəfdaş ölkə qismində çıxış edir. Sərgidə iştirak edən 40-a yaxın Azərbaycan şirkəti “Made in Azerbaijan” brendi ilə vahid ölkə stendində təqdim olunmaqdadır. Beynəlxalq sərgi fevralın 14-ünə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi