Monteneqro hökuməti koronavirusla mübarizə üçün yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qarşıdakı yeddi gündə yalnız anti-COVID statuslarını təsdiqləyənlər ölkəyə buraxılacaq.
Monteneqro vətəndaşları, onun ərazisində yaşamaq hüququ olan əcnəbilər və Bosniya və Herseqovina, Serbiya, Kosovo və ya Albaniyadan başqa digər ölkələrdən gəlmiş bütün xarici qonaqlar sənəd təqdim etməklə ölkəyə buraxılacaq.
Bu sənədlər üç növdür: verilməsindən 48 saatdan çox keçməyən COVID-19 üzrə mənfi test nəticəsi, son bir ayda edilmiş antikorların olub-olmaması üzrə seroloji test və peyvənd olunma barədə sertifikat. Bu üç sənəddən birini təqdim etmək sərhədi keçməyə yetərlidir.
Xatırladaq ki, son iki ayda səlahiyyətlilər gələn əcnəbilərdən sağlamlıq barədə sənədlər tələb etmirdi.