Misir səfiri: "Bakı-Şarm-əş-Şeyx reysinin açılmasından sonra Azərbaycandan turist axını artıb"

Misir səfiri: "Bakı-Şarm-əş-Şeyx reysinin açılmasından sonra Azərbaycandan turist axını artıb" Bakı-Şarm-əş-Şeyx birbaşa reysinin açılmasından sonra Azərbaycandan Misirə turist axını artıb. İndi Azərbaycandan olan turistlər bütün il boyu Misir günəşi altında istirahət edə biləcəklər. Bu amil ölkələrimiz arasındakı turizm əlaqələrinin möhkəmləndirilməsində böyük rol oynayır.
Turizm
23 Sentyabr , 2019 18:06
Misir səfiri: Bakı-Şarm-əş-Şeyx reysinin açılmasından sonra Azərbaycandan turist axını artıb

"Bakı-Şarm-əş-Şeyx birbaşa reysinin açılmasından sonra Azərbaycandan Misirə turist axını artıb. İndi Azərbaycandan olan turistlər bütün il boyu Misir günəşi altında istirahət edə biləcəklər. Bu amil ölkələrimiz arasındakı turizm əlaqələrinin möhkəmləndirilməsində böyük rol oynayır".

"Report" xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

Səfir həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.

Bu reys üzrə azərbaycanlı müştərilərə xidmət göstərən turoperatorun nümayəndəsi Rəvan Qulamlının sözlərinə görə, gələn yaydan etibarən Bakı-Şarm-əş-Şeyx marşrutu ilə uçuşların həftədə 2-3 dəfə edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda bu istiqamətdə uçuşlar həftədə 1 dəfə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi