Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub

Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub Bu gün Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ müharibəsinin iştirakçısı olmuş Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub.
Turizm
5 Oktyabr , 2022 12:10
Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub

Bu gün Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ müharibəsinin iştirakçısı olmuş Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə Agentliyin sədri Fuad Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, həmçinin şəhidin yaxınları iştirak edib.

Barelyefi memar Toğrul Ağayev hazırlayıb. Açılış mərasimi şəhidlərin yad edilməsi ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirikdildən sonra çıxışlar olub.

F.Nağıyev deyib ki, bu gün S.Səfərovun və digər şəhidlərimizin ruhu şaddır.

C.Qurbanov isə bildirib ki, onun üçün danışmaq çətindir: "Mən istərdim ki, bu sözləri onun ad günündə, sağlığına deyim. Amma həyat sözünü deyir. Biz Sərdarla uşaqlıqdan bir böyümüşük. Aramzıda yaş yarım fərq olub. Sərdarın atası I və II dünya müharibəsində iştirak edib. Onun ailəsi həm də mənim ailəmdir. Hesab edirəm ki, onu ruhu şaddır. Şaddır ki, bu torpaqlar azaddır.

Sərdarın qızı onunla fəxr edir. O da hazırda Daxili İşlər Nazirliyində çalışır. Çox sağ olsun cənab nazir Vilayət Eyvazov ki, ona rütbə verib. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Bir vaxtlar Sərdarın doğulduğu Kəlbəcərdən ağlaya ağlaya çıxmışdım, amma bu gün sevinə sevinə qayıdıram. Allah prezidentimizi, Ali Baş Komandanımızı qorusun! Allah ordumuzu qorusun!"

Son xəbərlər

Orphus sistemi