Milli Kulinariya Mərkəzinin loqosu yenilənib

Milli Kulinariya Mərkəzinin loqosu yenilənib Bu gün Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi yeni loqosunu təqdim edib.
Turizm
10 Mart , 2023 11:33
Milli Kulinariya Mərkəzinin loqosu yenilənib

Bu gün Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi yeni loqosunu təqdim edib.

"Report" xəbər verir ki, loqonu Mərkəzin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) təqdim edib.

Yeni loqoda alov, sünbül, nar və xarı-bülbüldən istifadə edilib. O.Sadıqov bunun səbəbini izah edib: "Zərdüşt peyğəmbərin bu coğrafiyada yaşaması odpərəstliyi önəmli edib. Bu baxımdan alovun simvolda yer alması əsas olub. Məncə, dünyanın heç bir yerində xarıbülbülü görüb vurulmamaq olmaz. Digər tərəfdən xarıbülbül həm də qələbənin rəmzidir, ona görə də bu güldən biz loqoda istifadə etdik. Nara gəlincə isə düşünürəm ki, bu, bütün Azərbaycanı özündə birləşdirən bir rəmzdir. Sünbül isə Şirvanşahlar və digər dövlətlərin gerbində olub. Bu, tərəqqinin, bolluğun simvollarından biridir. Sümbülü loqoda əks etdirmək bolluqla bağlı arzularımızı izah edir".

Bundan başqa, onun sözlərinə görə, Mərkəzin internet səhifəsi də hazırlanır və tezliklə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi