Milli Kulinariya Komandasının üzvləri Mişlen ulduzlu baş aşpazla birgə təqdimat keçirib

Milli Kulinariya Komandasının üzvləri Mişlen ulduzlu baş aşpazla birgə təqdimat keçirib Dövlət Turizm Agentliyinin dəstəklədiyi Azərbaycan Milli Kulinariya Komandasının gənc üzvləri Mişlen ulduzunu qazanmış şef Jeff Tan ilə birgə təqdimatda iştirak ediblər.
Turizm
17 May , 2023 11:31
Milli Kulinariya Komandasının üzvləri Mişlen ulduzlu baş aşpazla birgə təqdimat keçirib

Dövlət Turizm Agentliyinin dəstəklədiyi Azərbaycan Milli Kulinariya Komandasının gənc üzvləri Mişlen ulduzunu qazanmış şef Jeff Tan ilə birgə təqdimatda iştirak ediblər.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, CÀSÀ Kulinariya Mərkəzində keçirilən mərasimdə İngiltərədən dəvət olunmuş dünya miqyaslı məşhur baş aşpaz Jeff Tan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi Emil Zeynalzadə, WSSE 2022 müsabiqəsinin medalçısı, Qlobal Aşpazlar Müsabiqəsinin Avropa Qran Prisində bürünc medal qazanmış Leyla Vəliyeva və baş aşpaz Kənan Balaşovla birgə xüsusi menyu hazırlayıblar. CASA-nın aşpaz məzunları məşhur Jeff Tan ilə birlikdə qonaqlara 12 fərqli təam təqdim ediblər.

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova çıxış edərək Dövlət Turizm Agentliyinin qastronomiya sahəsindəki fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, gənc aşpazlarla aparılan işin bu strategiyanın əsasını təşkil etdiyini bildirib, Azərbaycan Milli Kulinariya Komandasının fəaliyyətinin aktivləşdirilməsi üçün təlim-tədris, tədqiqat, marketinq-kommunikasiya, institusional inkişaf, təcrübə mübadiləsinin vacibliyindən söz açıb. O, yaxın gələcəkdə gənc aşpazlarla birlikdə Azərbaycanın biomüxtəliflik potensialını nümayiş etdirməyə imkan verən menyuların tərtibatı üzərində işlərin başlanılacağını da bildirib, Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi - “Worldchefs”lə əməkdaşlığın yalnız qastronomiya sənayesinin canlanmasına deyil, həmçinin Azərbaycanın qastronomiya destinasiyası kimi təbliğatına zəmin yaratdığını vurğulayıb.

Mişlen ulduzlu şef Jeff Tan 30 ildən çox kulinariya təcrübəsinə malikdir və özündə Qərb elementlərini daşıyan Asiya ölkələrinin mətbəxləri üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi