Yuxarı

Meksika-Azərbaycan arasında turist axını 5 il ərzində 20% artıb

Meksika-Azərbaycan arasında ticarət dövriyyəsi 26 milyon dolları ötüb

Ötən il Meksika ilə Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 26,2 mln dollar olub.

Səfirlikdən “Report”a verilən məlumata görə, bu ildə bu göstəricilərin ötən il ilə müqayisədə artacağı gözlənilir. 

2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana olan ixracatın həcmi 35,74% artıb, həmin dövrdə Azərbaycandan Meksikaya ixracatın həcmi isə 12,44% çoxalıb.

“Meksika məhsullarının Azərbaycan bazarındakı iştirakına gəlincə, neft sənayesi üçün qazma alətləri 39%, qazma boruları 18%, neft və qaz üçün borular isə 10-12% təşkil edir. Həmçinin, Azərbaycana idxal olunan Meksika mənşəli pivə bazarda 12% yer tutur. Bundan başqa, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8,93%, Meksikada isə azərbaycanlı turistlərin sayı 19,06% artıb. Ümumilikdə, bu səfirliyin açılmasından etibarən (2014-2018) ikitərəfli turist axınları 20% artım baş verib. Azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər”, - məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi