Koronavirus pandemiyasının (COVID-19) yayılması ilə əlaqədar bu ilin mart ayından etibarən ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. Bunun üçün də bu ilin may ayında xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 24,3 milyon manat təşkil edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,6 mln manat yaxud 75,92% azdır.
Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 219,7 mln manat yaxud 46,19% azalaraq 256 milyon manat təşkil edib.