"Mastercard" istirahət və əyləncə üçün 10 ən populyar şəhərin adını açıqlayıb

"Mastercard" istirahət və əyləncə üçün 10 ən populyar şəhərin adını açıqlayıb Bakı. 28 iyun. REPORT.AZ/ Mastercard şirkəti istirahət və əyləncə kateqoriyalarında populyar şəhərləri əks etdirən “Global Destination Cities Index“illik reytinqinin nəticələrini açıqlayıb.
Turizm
28 İyun , 2018 12:11
Mastercard istirahət və əyləncə üçün 10 ən populyar şəhərin adını açıqlayıb
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ "Mastercard" şirkəti istirahət və əyləncə kateqoriyalarında populyar şəhərləri əks etdirən “Global Destination Cities Index“illik reytinqinin nəticələrini açıqlayıb. 

"Report"a daxil olan məlumata görə, bu istiqamətlər biznes deyil, turizm məqsədi ilə səyahət edənlərin ən yüksək faizini göstərir.

Punta-Kana ən populyar şəhərlər siyahısında birinci yerdə qərarlaşıb ki, 2017-ci ildə bu şəhərə turistlərin 90%-dən çoxu ezamiyyət üçün deyil, məzuniyyət keçirmək və ya ailələrinə baş çəkmək məqsədi ilə səyahət ediblər.

Siyahıda ikinci yeri Perunun Kusko şəhəri, üçüncü yeri isə Tunisin Cerba şəhəri tutub. Onluğa həmçinin Meksikanın Riviera-Maya və Kankun, İspaniyanın Palma-de-Mayorka, İndoneziyanın Bali, Panamanın paytaxtı Panama-siti, ABŞ-ın Orlando və Tailandın Phuket şəhərləri daxil olub.

Son xəbərlər

Orphus sistemi