İtaliyada turizm sektorunun itkiləri açıqlanıb

İtaliyada turizm sektorunun itkiləri açıqlanıb Cari ilin 8 ayı ərzində ölkədə turistlərin ümumi sayı 51,1 faiz azalaraq təqribən 48 milyon nəfər təşkil edib
Turizm
541
6 Oktyabr , 2020 19:05
İtaliyada turizm sektorunun itkiləri açıqlanıb

COVID-19 pandemiyası nəticəsində İtaliya iqtisadiyyatının mühüm sektorlarından olan turizm bu il 16 milyard avro məbləğində maliyyə itkilərilə üzləşib.

“Report” xəbər verir ki, “Demoskopika” iqtisadi və sosial tədqiqatları institutunun verdiyi məlumatlara görə, cari ilin 8 ayı ərzində ölkənin turizm infrastrukturunda 173,5 milyon gecələmə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 52,5 faiz azdır.

Eyni müddət ərzində ölkədə turistlərin ümumi sayı 51,1 faiz azalaraq təqribən 48 milyon nəfər təşkil edib.

Nəticədə İtaliyanın turizm sektoru indiyədək 16 milyard avro məbləğində maliyyə zərərilə üzləşib ki, bunun 7,2 milyard avrosu Veneto, Toskana, Lombardi vilayətlərinin turizm sektorunun payına düşür.

Dünənə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 327 mindən çox olub ki, bunların 233 minə yaxını sağalıb, 36 002 nəfəri isə ölüb.

Son xəbərlər

Orphus sistemi