İtaliyada çimərlikdən qum oğurlayan cütlüyü 6 ilə qədər həbs gözləyir

İtaliyada çimərlikdən qum oğurlayan cütlüyü 6 ilə qədər həbs gözləyir İtaliyanın Aralıq dənizində yerləşən Sardiniya adasında avtomobillərindən 40 kq çimərlik qumu aşkarlanan cütlüyü 6 ilədək həbs cəzası gözləyir.
Turizm
23 Avqust , 2019 03:11
İtaliyada çimərlikdən qum oğurlayan cütlüyü 6 ilə qədər həbs gözləyir

İtaliyanın Aralıq dənizində yerləşən Sardiniya adasında avtomobillərindən 40 kq çimərlik qumu aşkarlanan cütlüyü 6 ilədək həbs cəzası gözləyir.

"Report" "Independent" nəşrinə istinadən xəbər verir ki, bərə ilə Sardiniyadan Fransaya yola düşən turistlər polisin onların maşınlarının yük hissəsində içərisində qum olan 14 plastik butulka aşkar etməsindən sonra saxlanılıblar.

İtaliya adasında çimərlikdən ağ qum götürməyə ciddi şəkildə qadağa var. Qanun pozucuları cərimə olunurlar, ən ağır cəza isə 6 ilə qədər həbs müddətidir.

Saxlanılan şəxslər qadağadan xəbərsiz olduqlarını və qumu suvenir kimi evlərinə apardıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi