İraqda "Kənd Təsərrüfatının mexanizasiyası və qida" sərgisi açılacaq

İraqda "Kənd Təsərrüfatının mexanizasiyası və qida" sərgisi açılacaq Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər
Turizm
16 Noyabr , 2016 20:57
İraqda Kənd Təsərrüfatının mexanizasiyası və qida sərgisi açılacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ İraqın Bağdad şəhərində IX “Kənd Təsərrüfatının mexanizasiyası və qida” sərgisi keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, sözügedən sərgi gələn il martın 14-dən 21-dək davam edəcək. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgidə iştiraka dəvət olunublar.

Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi