İrandan və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin azalıb - ƏLAVƏ OLUNUB

İrandan və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin azalıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:57-də verilib
Turizm
3 Aprel , 2019 12:04
İrandan və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin azalıb - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

İlk xəbər saat 11:57-də verilib

2018-ci ildə Azərbaycana İrandan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33% az olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

“Bu, İrana qarşı tətbiq edilmiş sanksiyalarla bağlıdır. Məsələn, ötən il bu ölkədən digər ölkələrə getniş turistlərin sayında ümumilikdə 53% azalma olub”, - deyə o,

Bundan başqa, Agentlik rəsmisinin sözlərinə görə, bu ilin ilk 2 ayında Azərbaycana gələn xarici turistlərin sayında illik müqayisədə 3% artım olub: “Bu artım əsasən yeni bazarlar hesabına formalaşıb”.  

***

K.Quluzadə ötən il ərəb ölkələrindən Azərbaycana gələn turistlərin də sayında təxminən 7% azalma olduğunu qeyd edib: "Həmin ölkələrdən Azərbaycana birbaşa uçuşlar azalıb. Ümumiyyətlə isə Yaxın Şərq regionu bir qədər qeyri-sabit bazar hesab olunur". 

Son xəbərlər

Orphus sistemi