İranda müxtəlif sahələr üzrə sərgilər təşkil olunacaq

İranda müxtəlif sahələr üzrə sərgilər təşkil olunacaq Sərgilərə dəvət edilənlərin iki gün yarım mehmanxana xərcləri tədbirin təşkilatçıları tərəfindən ödəniləcək
Turizm
21 Noyabr , 2016 20:56
İranda müxtəlif sahələr üzrə sərgilər təşkil olunacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində bu il noyabrın 24-dən gələn il fevralın 18-dək müxtəlif sahələr üzrə sərgilər keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, sərgilərə dəvət edilənlərin iki gün yarım mehmanxana xərcləri tədbirin təşkilatçıları tərəfindən ödəniləcək. 

Sərgilər haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyən yerli sahibkarlar “Azpromo”ya və ya İranın Azərbaycandakı səfirliyinə (Tel: +99412 4924407/ +99412 4921964) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi