Hindistanda beynəlxalq kiçik və orta sahibkarlıq sammiti keçiriləcək

Hindistanda beynəlxalq kiçik və orta sahibkarlıq sammiti keçiriləcək Sammit oktyabrın 22-23-də Dehli şəhərində baş tutacaq
Turizm
5 Oktyabr , 2016 20:24
Hindistanda beynəlxalq kiçik və orta sahibkarlıq sammiti keçiriləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Hindistanın Dehli şəhərində oktyabrın 22-23-də beynəlxalq kiçik və orta sahibkarlıq sammiti keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sammitdə iştiraka dəvətlidirlər.

Sammit haqqında ətraflı məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi