Hindistan bəzi əcnəbilərin ölkəyə girişinə icazə verib

Hindistan bəzi əcnəbilərin ölkəyə girişinə icazə verib Hindistan Daxili İşlər Nazirliyi müəyyən kateqoriyadan olan əcnəbi vətəndaşların ölkəyə işçi vizası ilə giişinə icazə verib.
Turizm
3 İyun , 2020 13:04
Hindistan bəzi əcnəbilərin ölkəyə girişinə icazə verib

Hindistan Daxili İşlər Nazirliyi müəyyən kateqoriyadan olan əcnəbi vətəndaşların ölkəyə işçi vizası ilə giişinə icazə verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirliyin memorandumunda deyilir.

Məlumata görə, Hindistana işçi vizası və planlaşdırılmamış kommersiya çarter reysləri ilə gələn əcnəbi vətəndaşlar (idman üçün B-3 vizası istisna olmaqla), Hindistan səhiyyə sektorunda işləmək üçün gələn əcnəbi tibb işçiləri, tibb tədqiqatçıları və texniki işçilər, Hindistanda yerləşən xarici təsərrüfat subyektləri adından ölkəyə gələn əcnəbi mühəndislər, konstruktorlar və digər mütəxəssislər, xarici istehsal maşın və avadanlığın montajı və onlara texniki xidmət göstərilməsi üçün Hindistan müəssisəsinin dəvəti ilə ölkəyə gələn əcnəbi texniki mütəxəssislər və mühəndislərə giriş icazəsi veriləcək.

Bu kateqoriyadan olan əcnəbilər Hindistan ərazisinə giriş etmək üçün Hindistanın ölkə xaricindəki nümayəndəliklərində yeni işçi və ya əmək vizası almalıdırlar.

Qeyd edək ki, Hindistan hökuməti martın 11-də əcnəbi vətəndaşlara verilən vizaların əksəriyyətini dayandırmışdı. Koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan təcrid rejimi nəticəsində Hindistanda beynəlxalq və daxili sərnişin reysləri mart ayının sonundan etibarən dayandırılıb. Uçuş icazəsi yalnız yük daşımalarına, tibbi evakuasiya uçuşlarına və ölkə xaricində qalmış hindistanlıların ölkəyə gətirilməsinə verilib.

Ən son məlumatlara görə, Hindistanda aşkar edilən yoluxma hallarının sayı 200 mini keçib, o cümlədən 5,8 mindən çox insan ölüb, 100 mindən çox adam sağalıb.

Son xəbərlər

Orphus sistemi