Hadi Rəcəbli: “Turizm şirkətlərinin səviyyəsi, işçilərinin geyimi, danışıqları qanətbəxş deyil”

Hadi Rəcəbli: “Turizm şirkətlərinin səviyyəsi, işçilərinin geyimi, danışıqları qanətbəxş deyil” “Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil”
Turizm
4 Aprel , 2017 16:21
Hadi Rəcəbli: “Turizm şirkətlərinin səviyyəsi, işçilərinin geyimi, danışıqları qanətbəxş deyil”

Bakı. 4 aprel. REPORT.AZ/ “Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil. Lakin xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, əsas problem qiymətlərlə bağlıdır: “Üçulduzlu otellərin sayının artırılmasına çalışırıq. Turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulub ki, bu da qiymətlərə təsir edəcək. Azərbaycan rayonlarında turizm qiymətləri elə də yüksək deyil. Əgər bir yerdə qiymətin yuxarı olduğu halda xidmət səviyyəsi aşağıdırsa, gələn dəfə həmin məkana getmirik. Harada yaxşı xidmət və aşağı qiymət olursa, insanlar daha çox ora üz tuturlar. Bütün bunlar onu göstərir ki, artıq turizm obyektlərinin qiymətləri də tədricən xidmətə görə tənzimlənəcək”.

H.Rəcəbli qeyd edib ki, bəzən turizm obyektlərində heç bir təcrübəsi olmayan şəxsləri işə götürürlər: “Ona görə də həmin şəxs geyimini bilmir, yaxud saqqal saxlayır. Bütün bunları biz də görürük. Bu kimi problemlərin aradan qaldırılması üçün təcrübə və peşə məktəblərinə ehtiyac var. Bundan başqa, səyahət təşkil edən turizm şirkətlərinin səviyyəsi, işçilərinin geyimi, eləcə də danışıqları qanətbəxş deyil. Ağızlarına saqqız alıb insanlarla “əəə” deyə danışırlar. Bütün bunların aradan qaldırılması üçün həmin adamlara təlimlər keçib sertifikat verilməsi nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi