Gürcüstanın turizmdən gəliri artıb

Gürcüstanın turizmdən gəliri artıb Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 856 mln dollar təşkil edib.
Turizm
15 May , 2019 13:22
Gürcüstanın turizmdən gəliri artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 856 mln dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin turizmdən gəliri 66 mln dollar və ya 8,4% çoxdur.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstana 2,2 mln nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Bu dövr ərzində Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayı 391 975 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi